Ölkə

Kredit təşkilatının ofisindən seyf oğurlandı - Lənkəranda

24 Yanvar 2017 15:40
1 Şərh     Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran şəhərində kredit təşkilatının ofisindən seyf oğurlanıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən  gecə şəhərin M.Nəsirli küçəsi ilə İ.Səmədzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən "Viza Kredit" MMC bank olmayan kredit təşkilatının ofisindən içində qurumun pul vəsaitləri saxlanılan seyfi naməlum şəraitdə oğurlanıb.
 
Hadisə barədə Lənkəran Rayon Polis Şöbəsinə məlumat verilib və araşdırmalara başlanılıb.
 
Seyfin içindəki vəsait barədə açıqlanma verilmir. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.