Ölkə

"Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi sosial ədalətin tam təminatıdır"

24 Yanvar 2017 14:28
Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı sosial ədalətin tam təminatıdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ekspert Bəhruz Quliyev bildirib.

Onun sözlərinə görə, son dövrlər həm mətbuatda, həm də sosial şəbəkələrdə məcburi köçkünlərə dövlət tərəfindən verilən maddi yardımlarla bağlı müzakirələr gedirdi:

"Bəzi hallarda yardımların kəsilməsi, yaxud da onların müxtəlif formada əvəzlənməsi ilə bağlı fikirlər yürüdülürdü. Bu isə antimilli fəaliyyətlə məşğul olan şəxslərin manipulyasiyalarına səbəb olur, ölkəmiz əleyhinə xoşagəlməz fikirlərin yaranmasına gətirib çıxarırdı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı bu fərman manipulyativ fikirlərə son qoyaraq, sosial ədalətin təminatı kimi qiymətləndirilə bilər. Belə ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi istiqamətində verilən fərman ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi ilə yanaşı, ünvana çatdırılma mexanizminin sadələşdirilməsinə də xidmət edir. Yəni əvvəlkindən fərqli olaraq, həm yemək, həm də kommunal xərclər üçün vəsaitlərin hər kəsin kartına yüklənməsi bəzi qurumların və insan faktorunun müdaxiləsinin qarşısını alır".

B.Quliyev əlavə edib ki, prezidentin fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinət olaraq müəyyən edilən 36 manat vəsait hər kəsin şəxsi istifadəsinə veriləcək: "Bu isə sosial ədalətin tam təminatıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.