Ölkə

Hakimin oğlunun öldürüldüyü anın videosuna baxıldı - Məhkəmədə - VİDEO

24 Yanvar 2017 13:58
1 Şərh     Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə törətdiyi qəzada öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiq mərhələsi davam etdirilib və baş verən hadisənin videogörüntüsünə baxılıb.

R.Kərimovun vəkili Orxan Əhmədov növbəti iclasda məhkəmə tərkibinə şifahi etiraz edəcəyini deyib. Hakim isə bildirib ki, məhkəmə tərkibinə etiraz yazılı olmalıdır. Proses yanvarın 31-də davam etdiriləcək.

İttihama görə, bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində Bakı şəhər sakini R.Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib. Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə nəticəsində dünyasını dəyişən 19 yaşlı R.Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi E.Allahverdiyevin oğludur. O, ADA Universitetində 3-cü kurs tələbəsi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.