Ölkə

Pensiyaçıların NƏZƏRİNƏ: Dəyişikliklər olacaq - YENİLƏNİB

24 Yanvar 2017 14:05
Baxış: 18 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:05

"Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək. Ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq".
Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib.
 

S.Müslümov bildirib ki, vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq: "Növbəti ayın, yəni fevral ayının pensiyalarının ödənişi onların sığorta hissəsinin yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçiriləcək".
 
Nazir onu da bildirib ki, Azərbaycanda əmək pensiyaçılarının sayı ötən il 16,1 min nəfər və ya 1,24 faiz artaraq (o cümlədən yaşa görə 0,4 faiz, ailə başçısını itirməyə görə 3,9 faiz, əlilliyə görə 2,06 faiz artaraq) 1 yanvar 2017-ci il tarixinə 1 316 min nəfər təşkil edib: "Fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da ildən-ilə artmaqda davam edir. Sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 191,8 min nəfər artaraq 2017-cı ilin 1 yanvar tarixinə 3 371,9 min nəfər təşkil edib. Eyni zamanda bu sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33, 9 min nəfərə çatıb".

----------

13:20

"Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq".

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslərə onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: "Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur".

---------

11:17

"Azərbaycanda əmək pensiyasının miqdarının təyin edilməsi sistemi dəyişdiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, hazırda müvafiq qanun layihəsi parlamentdədir və yaxın vaxtlarda profil komitələrdə müzakirəsi başlayacaq.

S.Müslümov bildirib ki, dəyişikliklər arasında əmək pensiyalarının baza hissəsi anlayışının ləğvi də var.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 21 yanvar 2017-ci il tarixli sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.