Ölkə

Özünü asan 22 yaşlı oğlanı həyata qaytardılar - YENİLƏNİB

24 Yanvar 2017 13:23
10 Şərh     Baxış: 4 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:23

Gədəbəy rayonunda intihara cəhd hadisəsi baş verib.

Rayonun Çaldaş kənd sakini, 1995-ci il təvəllüdlü Emin İbrahimov yanvarın 23-də özünü babasına məxsus tikilidə asıb. Amma xoşbəxtlikdən, onu xilas etmək mümkün olub. Emin İbrahimov Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın reanimasiya şöbəsinin müdiri Cövdət Hacıyevin aznews.az-a verdiyi məlumata görə, hazırda Emin İbrahimovun vəziyyəti ağırdır: "Xəstə hələ özünə gəlməyib, huşu yoxdur. Hazırda hələ onu dindirmək qeyri-mümkündür. Vəziyyəti çox ağırdır."

Cövdət Hacıyevin sözlərinə görə, Emin İbrahimovun sağ qalacağı ilə bağlı nəsə bir fikir bildirmək tezdir.

----------

11:03

Ötən gün Gədəbəydə Çaldaş kəndində intihara cəhd etmiş İbrahimov Emin Nadir oğlunun həyatını xilas etmək mümkün olub.

Trend-ə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasınnı reanimasiya şöbəsinin müdiri Cövdət Hacıyevin verdiyi məlumata görə, həmin şəxsi son anda xəstəxanaya çatdırıblar və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.

Həkimin verdiyi məlumata görə, hazırda E.İbrahimov ağır vəziyyətdədir və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

---------

10:00

Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Gədəbəy Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 23-də axşam saat 19 radələrində rayonun Çaldaş kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü İbrahimov Emin Nadir oğlu babasına məxsus tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.