Ölkə

Bakıda MÜƏMMALI ÖLÜMün yeni təfərrüatları - İntihar, yoxsa qətl? - YENİLƏNİB - FOTO

24 Yanvar 2017 16:42
9 Şərh     Baxış: 4 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:42

Məsələyə aydınlıq gətirən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Milli.Az-a bildirib ki, qadının naməlum şəxs tərəfindən qətlə yetirilməsi barədə yayılan məlumat həqiqətə uyğun deyil:

"Yanvarın 24-nə keçən gecə saat təxminən 2:05 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Aeroport yolundakı körpünün altında təxminən 50-55 yaşlarında ağır bədən xəsarətləri almış qadın aşkar edilib. Həmin şəxs təcili olaraq 3 saylı şəhər kliniki xəstənaxasına aparılıb. Lakin həkimlərin səyinə və xəstəyə göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadını guya naməlum şəxsin köprüdən ataraq qətlə yetirməsi barədə məlumatların isə heç bir əsası yoxdur. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Mərdəkan qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü Sevda Məmmədova olub. İlkin məlumatlara görə, ruhi-əsəb xəstəsi olan bu xanım anasının dediyinə əsasən, ötən gecə yaşadığı evi özbaşına tərk edib. İlkin ehtimala görə, o, özünü körpüdən aşağı atıb. Ona görə də bütün hallarda bunu qətl kimi qələmə vermək doğru yanaşma deyil. Hazırda fakt üzrə araşdırma aparılır". 

----------

09:52

Bakıda 55 yaşlı qadın körpüdən yerə düşməsi nəticəsində ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Mərdəkan qəsəbəsində, Aeroport yolunda körpünün altında 55 yaşlı Sevda Məmmədovanın ağır xəsarət alaraq yerə yıxıldığı məlum olub. Ətrafdan keçən şəxslərdən biri onu xəstəxanaya yerləşdirib. Lakin S.Məmmədova xəstəxanada ölüb.
Araşdırmalar zamanı məlum olub ki, qadını adı məlum olmayan şəxs itələyərək körpüdən yerə atıb.
Faktla bağlı cinayət işi başlanılıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.