Ölkə

Göyçayda 11 yaşlı uşaq həmyaşıdını güllələdi

23 Yanvar 2017 12:59
1 Şərh     Baxış: 1 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçayda 11 yaşlı uşaq həmyaşıdını güllələyib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, yanvarın 21-də Göyçay şəhərində yaşayan 11 yaşlı Ə.Şirəliyev həyətlərində atasına məxsus pnevmatik tüfənglə ehtiyatsız davrandığından açılan atəşlə qonşusu, həmyaşıdı F.Nəzərov yaralanıb. F.Nəzərov xəstəxanaya yerləşdirilib.
 
Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən nömrəsiz pnevmatik tüfəng götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.