Ölkə

Onlardan kimsə gələcək olimpiyaçı ola bilər - FOTO

23 Yanvar 2017 13:06
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda məktəblilər arasında "Olimpiya Hərəkatı-2017" yarışları keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri də "Olimpiya Hərəkatı-2017" ("Olympic Moves-2017") idman proqramı çərçivəsində keçirilən yarışlarda iştirak edir. 

"Olimpiya Hərəkatı-2017" idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.

Yarışlar 5 idman növü - voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir. Yarışlara Bakı məktəbləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəbləri də qatılıb.

Qeyd edək ki, "Olimpiya Hərəkatı - 2017" proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.