Ölkə

Məşqçidən Fəridə Əzizovanı döyməsi haqda xəbərlərə REAKSİYA

23 Yanvar 2017 11:55
0 Şərh     Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın taekvondoçu qadınlardan ibarət milli komandasının sabiq baş məşqçisi Sun Mi Park Federasiyadan uzaqlaşdırılma və yığmanın aparıcı üzvü Fəridə Əzizovanı döyməsi barədə yayılmış məlumatları yalanlayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, koreyalı mütəxəssis daha yaxşı iş təklifi olduğu üçün federasiyadan ayrıldığını bildirib:

"Fəridə Əzizova ilə əlaqədar yazının müəllifi Elşən Məmmədovla danışdım. Yazdıqlarını nəyə əsaslanaraq yazdığını soruşdum. Məqalənin tamamilə Fəridə Əzizovanın sözlərinə əsaslandığını söylədi. Azərbaycan Taekvondo Federasiyası tərəfindən də Elşən Məmmədova açıqlama verməsi üçün müraciət olduğuna görə, eyni izahatı federasiyaya göndərdiyini dedi. Federasiya tərəfindən işimdən uzaqlaşdırılmağım yalan məlumatdır. Əslində, müqavilə şərtləri ilə əlaqədar razılıq əldə edilmədiyinə və daha yaxşı şərtlərlə iş təkliflərinin mövcud olduğuna görə Azərbaycan Taekvondo Federasiyasında fəaliyyətimi durdurmağa qərar verdim. Çox şadam ki, Azərbaycan üçün Rio Olimpiyadasında Bürünc medal nəticəsini verə bildim. Taekvondoya göstərdiyi qayğı və dəstəyə görə Federasiyasının prezidenti Kəmaləddin Heydərova dərin minnətdarlığımı bildirirəm. Azərbaycanda fəaliyyətimi xoş və müsbət təəssüratla bitirməyi çox istəsəm də, bu cür böhtan və yalan dolu yazılar Azərbaycanla bağlı təəssüf hissi yaradır". 

Sabiq baş məşqçimiz onu da qeyd edib ki, haqqında yazılmış ittihamlarla bağlı məhkəməyə müraciət edəcək: "Fəridə Əzizova bu sözləri dediyini inkar edir. Nəticə etibarilə Fəridə Əzizova və Elşən Məmmədov arasında iki şəxsdən biri yalan danışır və böhtan atır. Bu hər kimdirsə qanun qarşısında cavab verəcək".

Qeyd edək ki, Fəridə Əzizova 2012-ci ildə gənclər arasında dünya çempionu, 2013-cü ildə dünya, 2014-cü ildə isə Avropa çempionatının bürünc medalçısı olub. Yazıda 2015-ci ildə baş məşqçi ilə aralarında anlaşılmazlıq olduğu, məşqçinin idmançını vurması qeyd olunub. Həmin vaxtdan sonra onlar arasında soyuq münasibət yaranıb. Son olaraq da koreyalı mütəxəssis 2016-cı il dekabrın ortalarında Bakıda keçirilmiş Qran Prinin final mərhələsində və komandalararası dünya çempionatında Əzizovaya şans verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.