Ölkə

26 yaşlı qızı ailəsi ipdən aldı - Şamaxıda intihar

23 Yanvar 2017 11:23
5 Şərh     Baxış: 2 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunda intihara cəhd edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Qurbanova Aynur Abdulbağı qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar etmək istəyib. Ailə üzvləri hadisədən tez xəbər tutaraq onun intihar etməsinə mane olublar və kəndiri boğazından çıxarıblar.

Aynur Qurbanova boğulduğu üçün huşsuz vəziyyətdə yerə yıxılıb. Komaya düşən 26 yaşlı qız təcili olaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil. 
 
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.     

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.