Ölkə

Xəstəxanada özünü atan xəstə "bomj" olub - YENİLƏNİB

23 Yanvar 2017 11:00
9 Şərh     Baxış: 3 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:00

Bakının 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında özünü atan 1971-cü il təvəllüdlü Samir Qurbanov "bomj" olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə xəstəxananın həmin xəstəni qəbul edən tibb işçilərindən biri deyib.

Onun sözlərinə görə, S.Qurbanov yanvarın 19-da küçədə döyülmüş halda tapılıb və o, xəstəxanaya təcili tibbi yardım maşını tərəfindən gətirilib. Xəstəxanaya daxil olan zaman onun üzündə hematoma olub. Onun müalicəsi də üzünün yumşaq toxumalarının zədələnməsinə görə aparılıb:

"Xəstəxanada o, həkim müayinəsindən keçdi, sistem köçürüldü, vəziyyəti yaxsı dəyərləndirildi. Amma onun psixi problemləri var idi. Xəstəxanaya daxil olan gün bütün günü öz-özünə danışıb. Bizə deyirdi ki, pəncərəni açın "Pavlov məni çağırır". Dünən saat 5-ə işləmiş isə özünü pəncərədən atıb".

Qaradaq Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, S.Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

----------

09:13

Bakıda intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə saat 04.00 radələrində Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada qeydə alınıb.

Orada müalicə alan 1971-ci il təvəllüdlü Samir Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.