Ölkə

20 Yanvar faciəsi barədə filmi - VİDEO

20 Yanvar 2017 11:31
0 Şərh     Baxış: 2 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 Yanvar hadisələrinin iştirakçısı faciə barədə film çəkib. 

20 Yanvar - Azərbaycan tarixinin Sovet ordusunun Bakını qanda boğduğu ən faciəvi günlərindən biridir. Rejissor Anar Qəribov həmin qanlı gündə yaxınlarını itirmiş şəxslərin söylədikləri əsasında sənədli film hazırlayıb.

Qeyd etmək lazımdır ki, Anar Qəribov özü də yanvar hadisələrinin fəal iştirakçılarından olub, yaralanıb və hərəkətdə olan zirehli transportyoru saxlamaq məqsədilə onun altına atıldıqdan sonra yalnız möcüzə nəticəsində sağ qalıb.

Sənədli filmin ssenari müəllifi və rejissoru Anar Qəribovdur. Musiqini isə film üçün məxsusi olaraq ABŞ-da yaşayan tanınmış azərbaycanlı kamança ifaçısı İmamyar Həsənov yazıb. "Qanlı xatirələr" adlı layihənin hazırlanmasında əməkdar mədəniyyət xadimi Yusif Şeyxovun xüsusi əməyi var. Filmin prodüseri Əsgər Qəribzadə, operatoru isə Anar Baxışovdur.

"Bu film həmin gün məndən fərqli olaraq doğmalarının yanına qayıtmamış yoldaşlarımın xatirəsinə hörmət nişanəsidir," - deyə Anar Qəribov işi haqqında bildirib.

Videonu izləmək üçün şəklə klikləyin:
Qanlı xatirələr

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.