Ölkə

Bakıda narkotik saxlamaqda təqsirləndirilən şəxs bəraət aldı, müstəntiq cəzalandırıldı

19 Yanvar 2017 17:33
0 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi Rayon Məhkəməsində narkotik maddə saxlamaqda təqsirləndirilərək həbs olunan Bakı şəhər sakini Vüqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Azayevin cinayəti sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə, həmçinin istintaqı düzgün aparmayan müstəntiq və təhqiqatçı barədə tədbir görülməsi üçün xüsusi qərar qəbul edib.

İttihama əsasən, V.Ağayev ötən il Nəsimi rayon Polis İdaərsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham sürülmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.