Ölkə

AZAL qiymətləri artıracaq? - Rəsmi CAVAB

19 Yanvar 2017 15:15
Baxış: 1 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Mülki Aviasiya Administrasiyası "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin biletlərinin qiymətlərinin artırılması məsələsinin gündəmdə olmadığını hesab edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu parlamentin iqitsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" qanuna dəyişikliklər barədə müzakirə zamanı qurumun direktoru Arif Məmmədov deyib.

Onun sözlərinə görə, AZAL hər bir reysinə görə müxtəlif şərtlərlə 17 qiymət variantı təklif edir. Bundan başqa, A.Məmmədov millət vəkillərinin Azərbaycanda aviauçuşlara monopoliya ilə bağlı tənqidlərinə cavab verib.

O deyib: "Bildiyiniz kimi, hazırda Nazirlər Kabinetinin loukoster yaradılması barədə qərarı var. Eyni zamanda, ölkəyə beynəlxalq uçuşların 52 faizi xarici şirkətlər və yalnız 48 faizi AZAL tərəfindən həyata keçirilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.