Ölkə

""Sınıq körpü"dəki problemlərin əsas səbəbi..." - Aydın Əliyev

19 Yanvar 2017 11:57
Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Broker fəaliyyətinə tam son qoyulub".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev komitəsinin 2016-cı ilin yekunlarına dair mətbuat konfransında deyib.

Sədr gömrük orqanlarının gördüyü işlərdən danışıb:

"Dünyada baş verən iqtisadi böhran, milli valyutanın məzənnəsi və s. gömrük məcəlləsində müəyyən dəyişikliklərin edilməsinə səbəb olub. Tam avtomatlaşdırılmış, elektron bəyanetmə sisteminə keçmişik. Hazırda Azərbaycanın partnyorluq etdiyi ölkələrin sayı 80-i ötür.

Qaçaqmalçılıq yolu ilə əldə edilən 1 ton 136 kq-dan çox narkotik maddə zərərsizləşdirilib. Qanunsuz olaraq ölkə xaricinə çıxarılmağa cəhd edilən 2 milyondan çox ABŞ dolları aşkarlanaraq götürülüb".

Aydın Əliyev vurğulayıb ki, vergidən yayınma faktları ilə də qarşılaşırlar:

"Keçən il fəaliyyətindəki qüsurlarla bağlı, şikayətlərə əsasən, 246 işçi intizam məsuliyyətinə cəlb olunub, 20 nəfər işdən çıxarılıb, 10 cinayət işi açılıb. Hazırda kamera vasitəsilə izləyirik. Ancaq əfsuslar olsun ki, kadr çatışmazlığı problemimiz hələ də var. "Sınıq körpü"dəki problemlərin əsas səbəbi gündəlik olaraq oradan istifadə edənlərdir".

Konfransda komitə sədrinin birinci müavini Səfər Mehdiyev və Nazir Məmmədov da iştirak edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.