Ölkə

Dövlət Komitəsində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

19 Yanvar 2017 11:39
Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş "20 Yanvar - Şəhidlik zirvəsi" adlı konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, dini icma rəhbərləri və digər qonaqlar iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən K.Abdulla bildirib ki, 20 Yanvar Azərbaycan tarixinin istiqlaliyyətə gedən yolun ən möhtəşəm zirvəsi oldu. Dövlət müşaviri vurğulayıb ki, o zaman bütün xalqımız müstəqillik uğrunda mübarizəyə qalxmışdı: "20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarını vermələri bir örnək kimi daim xalqımızın yadında qalacaq, xalqımız bu qərəmanlıq günlərindən daim nümunə götürəcək".

Sonra çıxış edən M.Qurbanlı bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq salnaməsi kimi qəbul olunub: "20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Milli Məclisində verildi. Azərbaycan cəmiyyəti 20 Yanvar faciəsinin günahkarlarının kimlər olduğunu Milli Məclisdə qəbul edilən sənəddən bilib. Həmin hadisələrin törədilməsinə günahkar Mixail Qorbaçov başda olmaqla, sovet rejimi idi. O zamankı Azərbaycan rəhbərliyinin də bu faciənin törədilməsində günahı var".

M.Qurbanlı bildirib ki, 20 Yanvardan sonra Azərbaycan xalqının ictimai şüurunda da böyük dəyişiklik baş verdi, xalqımız milli azadlıq hərəkatına başladı: "20 Yanvar şəhidlərinin tökülən qanı hədər getmədi".

Tədbirdə həmçinin çıxış edən Bakı şəhəri Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Azərbaycandakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin nümayəndəsi Aleksandr Ata və digər iştrakçılar da 20 Yanvar faciəsi haqqında danışaraq Azərbaycan xalqının qəhrəmanlığını vurğulayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.