Ölkə

Vahid rabitə və poçt ödəniş xidmət mərkəzləri yaradılır - "Şəbəkə"

19 Yanvar 2017 10:39
0 Şərh     Baxış: 2 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan "Şəbəkə" xidmət mərkəzlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün  xidmətləri vahid bir mərkəzdən təqdim ediləcək.

RYTN-dən Milli.Az-a verilən məlumata görə, bu mərkəzlərdə rabitə və poçt xidmətləri üzrə ödənişlər qəbul ediləcək və özünəxidmət terminalları fəaliyyət göstərəcək. İlk "Şəbəkə" xidmət mərkəzi Üzeyir Hacıbəyov 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə veriləcək.

Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində "Şəbəkə" xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.