Ölkə

Millət vəkili van Damma meydan oxuyan mingəçevirli uşaqdan danışdı - Tərif və tənqid bir arada

19 Yanvar 2017 10:23
5 Şərh     Baxış: 2 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün mediada Mingəçevir şəhər sakini, 8 yaşlı Nihad Ağayevin vandammsayağı hərəkətdə olan 2 avtomobil arasında şpaqat açması barədə xəbər yayıldı. Məsələ ilə bağlı Milli Məclisin Mingəçevirdən seçilmiş deputatı Aydın Mirzəzadə də öz fikrini bildirib. 

Millət vəkili Nihad Ağayevdən gələcəkdə böyük uğurlar gözlənildiyini bildirib: "Bu gün ARB telekanalında Mingəçevirdən olan 8 yaşlı gənc idmançı Nihad Ağayev haqqında gedən reportaja baxdım. Uşağın yaşına uyğun olmayan çevik və fiziki cəhətcə hazırlıqlı olduğu hiss edilir. Onun gələcəkdə idman yarışlarında böyük uğurlar qazanması gözləniləndir".

Bununla yanaşı, A.Mirzəzadə azyaşlının təhlükəsizliyi ilə bağlı tənqidi mövqeyini də ifadə edib: "Ancaq uşağın hərəkət edən iki avtomobilin arasında şpaqat açması onun həyatı üçün çox təhlükəlidir, xırda bir səhv onun üçün ağır fəsadlara səbəb ola bilərdi. Heç bir sığorta olmadan buna yol vermək və uşağı buna həvəsləndirmək olmaz. Ən əsası isə bu hərəkətin təhlükəli olması barədə heç bir şərh verilmədən ölkə telekanalında göstərilməsi düzgün deyil".

Pünhan Mirzə

Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.