Ölkə

Bakı funikulyoru pullu oldu

18 Yanvar 2017 18:17
5 Şərh     Baxış: 2 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

9 aylıq fasilədən sonra Bakı funikulyoru fəaliyyətini bərpa edib.

Milli.Az xəbər verir ki, Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov istipress-ə açıqlamasında bildirib ki, keçən müddət ərzində funikulyorun həm binasında, həm də qatarların hərəkət etdiyi yolda yeniləmə işləri həyata keçirilib. Relslər və digər qurğular yenilənib.

Funikulyor yenidən fəaliyyətə pullu olaraq başlayıb. Ondan istifadə paytaxt sakinləri və qonaqlara 50 qəpiyə başa gələcək.

Qeyd edək ki, Bakı funikulyoru 4 ildir ödənişsiz fəaliyyət göstərirdi. 2012-ci ildə yeni sistemin quraşdırılmasından sonra xidmətdən istifadə pulsuz idi. Yeni sistem quraşdırılmamışdan əvvəl isə xidmətin qiyməti 20 qəpik olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.