Ölkə

"Özəl universitetləri bağlamaq düzgün deyil" - VİDEO

18 Yanvar 2017 18:05
1 Şərh     Baxış: 1 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir həftə ərzində Azərbaycanda iki özəl unversitet fəaliyyətini dayandırıb. "Təfəkkür" və "Qafqaz" universitetinin ləğv edilməsindən sonra digər özəl ali təhsil müəssisələrinin də bağlanacağı haqda fikirlər səsləndirlir.

Milli.Az xəbər verir ki, məsələyə münasibət bildirən təhsil üzrə ekspert Şahlar Əsgərov azvision.az-a bildirib ki, Azərbaycanda özəl universitetlər barmaqla sayılacaq qədərdir. Onların bağlanmasına yox, inkişafına dəstək vermək lazımdır. 

Ekspertin fikrincə, Azərbaycanda özəl universitetlərə ehtiyac var: "10 il bundan qabaq 4 özəl universitetin bağlanması məsələsi qaldırılmışdı. O zaman Milli Məclisin komissiya sədri kimi prezidentə müraciət edərək bunun qarşısını aldım. Görünür, əsaslı səbəb var ki, iki özəl universiteti bağladılar. Bunun dəqiq səbəbini bilmirəm. Hesab edirəm ki, özəl universitetləri bağlamaq düzgün deyil. Əksinə, özəl təhsil müəssisələrinin inkişafına şərait yaratmalıyıq".

Şahlar Əsgərov vurğulayıb ki, bağlanan özəl universitetlərin yerinə yenisi açılmalı, bağlanmayıbsa, dövlət tərəfindən bazasının yaxşılaşdırılmasına kömək edilməlidir. "Əhalinin orta təbəqəsinin təhsil yükünün özəl universitetlərin çiyninə qoymaq cəmiyyət üçün xeyirlidir. Əgər varlı insanların övladları özəl universitetdə oxuyarsa, dövlət universitetlərindəki yerləri kasıbların uşaqları tutacaq. Bu, cəmiyyət üçün faydalıdır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Özəl universitetlər bağlanacaq?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.