Ölkə

Avropa çempionundan şıdırğı RƏQS - VİDEO

18 Yanvar 2017 16:15
14 Şərh     Baxış: 3 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avar əsilli Azərbaycanlı yunan-roma güləşçisi Rəsul Çunayev sosial şəbəkədə rəqs videosunu paylaşıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, idmançının avar mahnısında oynadığı rəqsi izləyicilərin marağına səbəb olub.
Rəsul Çunayev yunan-roma güləşi üzrə Avropa çempionu (2008), Azərbaycan çempionu (2008), Tələbələrin 27-ci Ümumdünya Universiadasının qalibi (2013), "Bakı 2015" I Avropa Oyunlarında əldə etdiyi Avropa Oyunlarının çempionu (13 iyun 2015) olub. Eləcə də "Rio-2016"da Rəsul Çunayev XXXI Yay Olimpiya Oyunlarında bürünc medalını qazanıb.

Xatırladaq ki, Rəsul Çunayev 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avropa çempionundan şıdırğı RƏQS

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.