Ölkə

Azərbaycan alimi "Nobel"i ittiham etdi

18 Yanvar 2017 15:25
2 Şərh     Baxış: 1 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan nefti hesabına formalaşan Nobel Mükafatı azərbaycanlıların qanını tökən bir cinayətkara verilib. Təkcə bu fakta görə Beynəlxalq Nobel Komissiyasını cinayətkar qurum hesab etməyə yetər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri AMEA-nın Tarix İnisitutunun direktor müavini, professor Cəbi Bəhramov deyib. Tarixçi alim bu fikri Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsi ilə əlaqədar təşkil olunan tədbirdə səsləndirib.

"20 Yanvar hadisəsinin birbaşa səbəbkarı olan Mixail Qarbaçova Nobel Sülh Mükafatı verilib. O pullar Azərbaycan neftindən qazanlıb. Haram xoşları olsun! Bu adam sülhsevər, sülhün bərqərar olunmasına çalışan biri idisə, Bakıda niyə əliyalın insanları tankla qırdırdı. Biz millət olaraq hər zaman bu cür təkilatların bizə qarşı ikili yanaşmasının şahidi oluruq."

Qeyd edək ki, professor Cəbi Bəhramov onu da bildirib ki, bu fikri Beynəlxalq Nobel Komissiyasının üzvlərinə də deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.