Ölkə

Mərkəzi Bankda struktur dəyişiklikləri olub

18 Yanvar 2017 13:47
1 Şərh     Baxış: 2 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankında iki yeni bölmə yaradılıb.

Milli.Az bu barədə Mərkəzi Bankın saytına istinadən xəbər verir.

Məlumata görə, bankın strukturunda iqtisadi maarifləndirmə xidməti və Sumqayıt ehtiyat mərkəzi yaradılıb.

İqtisadi maarifləndirmə xidmətinin rəhbəri Ülkər Babayeva, Sumqayıt ehtiyat mərkəzinin direktoru isə Xudaverdi Lazımov təyin olunub.

Bundan başqa, Makroiqtisadi tədqiqatlar departamenti İqtisadi təhlil departamenti, İqtisadi inkişaf tədqiqatları departamenti isə Tədqiqatlar departamenti adlandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.