Ölkə

Qafqaz Universiteti ləğv olundu - YENİLƏNİB

18 Yanvar 2017 12:45
18 Şərh     Baxış: 8 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:45

Qafqaz Universiteti təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilib.
"Report"un xəbərinə görə, bu barədə Qafqaz Universitetinin bəyanatında bildirilir.
Bəyanatda bildirilib ki, təsisçi tərəfindən təşkil edilən Ləğvetmə Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun proses idarə edilir və bu çərçivədə 18 yanvar 2017-ci il tarixində rəsmi qəzetdə elan verilib.
Qafqaz Universitetində hal-hazırda tədris fəaliyyətləri fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur.
"Məlumat üçün bildiririk ki, tələbələrimizin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq.
Qafqaz Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və bu tələbələrimizin və valideynlərinin narahatlığına heç bir səbəb yoxdur.
Ləğv edilən Qafqaz Universiteti haqqında tərəfimizdən verilən bu məlumat xaricində heç bir rəsmi qaynağa istinad etməyən məlumatlar əsassızdır və etibar edilməməlidir", - bəyanatda vurğulanıb.

-----------

10:30

"Qafqaz" Universitetinin ləğv olunması ilə bağlı "Vergilər" qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib.

Rektor azvision.az-a açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb.

"Hazırda universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək". 

Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini qeyd edib. "Burada müəllimlər işləyir, tələbələr oxuyurlar. Təhsil proses olduğu kimi davam edir". 

----------

09:51

Qafqaz Universiteti ləğv olunduğunu elan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, elan "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilib. 

Elana əsasən, ali təhsil ocağı təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur. 

Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.