Ölkə

Bakıda əcnəbini internetdə tanış olduğu qızlar döydülər - YENİLƏNİB

17 Yanvar 2017 18:14
4 Şərh     Baxış: 3 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:14

Bakıda qadınların iştirakı ilə törədilmiş quldurluq cinayəti ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yanvarın 13-də gecə saatlarında baş vermiş hadisədə zərərçəkmiş Biyar Cumaah Shaikani İraq Respublikasının vətəndaşıdır və Bakıda universitetlərdən birində təhsil alır.

O, internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflərlər arasında narazılıq baş verib və C.Biyar küçəyə çıxıb. Qızlara küçədə köməyə çağırdıqları Anar Kərimovla birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.

Artıq cinayətdə şübhəli bilinən Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulublar. Araşdırmalar davam etdirilir.

----------

11:56

Bakıda əcnəbi vətəndaşa qarşı quldurluq edən dəstə yaxalanıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də əcnəbi vətəndaşa - Biyar Cumaah Shaikaniyə qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri - Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulublar.

Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.