Ölkə

"Sabahın əsgəri"ndən yazan şagirdlər mükafatlandırılacaqlar

13 Yanvar 2017 14:39
Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) "Sabahın əsgəri" adlı yazı müsabiqəsi elan edir.

SHXÇDX-dən Milli.Az-a bildiriblər ki, Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X - XI sinif şagirdləri arasında "Sabahın əsgəri" adlı yazı müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri bunlardır:

1. Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər;

2. Müsabiqəyə 2016-cı ilin dekabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 18-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq;

3. Yazılar 5 min işarədən çox olmamalıdır;

4. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır;

5. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər;

6. Müsabiqə üçün yazılar 2017-ci ilin yanvar ayının 18-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.

Müsabiqə qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Belə ki, I yerin sahibinə noutbuk, II yeri tutan şagirdə netbuk, III yeri tutmuş məktəbliyə isə planşet veriləcək.

Bundan əlavə, 10 nəfərə də həvəsləndirici mükafat olaraq elektron kitablar təqdim olunacaq.

Müsabiqənin qalibləri həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Şagirdlər əlavə məlumatı Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binasından və ya (012) 493-06-52 nömrəli telefonla ala bilərlər.

Zabit Əsgərov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.