Ölkə

AMEA iki institutuna direktor seçəcək

12 Yanvar 2017 13:42
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA-nın elmi müəssisələrində direktor vəzifəsinə seçkilər keçiriləcək.

Milli.Az xəbər verir ki, akademiyadan Trend-ə verilən məlumata görə, Rəyasət Heyəti Folklor İnstitutu və İqtisadiyyat İnstitutunun elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilərin keçirildiyini elan edib.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.