Ölkə

Azərbaycanda "Honkonq qripi" qeydə alınıb?

12 Yanvar 2017 12:58
2 Şərh     Baxış: 3 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycanda 2 nəfərdə qrip (A qripinin H3N2 virusu) aşkarlanıb ki, onlar da bu xəstəliyi çox yüngül formada, adi respirator infeksiya kimi keçiriblər. Bunu "Honkonq qripi" adlandırmazdım, bu, mövsümi qripdir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Azərbaycanda "Honkonq qripi"nin qeydə alınmadığını deyən A.Əliyeva əlavə edib ki, "Honkonq qripi" daha kəskindir və o, pandemik hesab olunur:

"Amma Azərbaycanda ağır gedişli xəstəlik, yəni laborator təsdiq olunmuş xəstələr arasında ağır gedişli xəstəlik faktı olmayıb. H3N2 viruslu aşkarlanan xəstələr xəstəliklərini çox yüngül keçiriblər".

A.Əliyeva qeyd edib ki, bu il payız-qış mövsümündə müayinə üçün 265 material götürülüb. Onların 5-də paraqrip, 6-da Adena virus, yəni kəskin respirator virus infeksiyaları, 2 nəfərdə isə qrip (A qripinin H3N2 virusu) aşkar olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.