Ölkə

BƏƏ-nin Bakıdakı səfirliyindən terror aktı ilə bağlı açıqlama - FOTO

12 Yanvar 2017 12:12
0 Şərh     Baxış: 1 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 10-da Əfqanıstan Qəndəhar vilayətində qubernatorun qonaq evində partlayış törədilib. Hadisənin terror aktı olduğu bilidilir. Bomba qonaq evindəki divanın içində gizlədilibmiş.
Yayılan məlumatlara görə, hadisə nəticəsində 12 nəfər ölüb, 18 nəfər yaralanıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, terror aktı əfqan xalqına dəstək məqsədilə humanitar dəstək proqramı çərçivəsində Dar Xalifa Bin Zayed Al Nahyan institutunun təməlinin qoyulması, eyni zamanda Kardan Universiteti ilə BƏƏ tərəfindən təmin olunan təqaüd proqramlarına dair saziş imzalanan zaman baş verib.

Hadisə nəticəsində BƏƏ-dən olan nümayəndə heyətindən 5 nəfər həlak olub, BƏƏ-nin Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri Juma Muhammed Abdullah Al Kaabi yaralanıb.

Bunula bağlı yanvarın 11-dən etibarən BƏƏ-nin Bakıdakı səfirliyinin binasında (Nəsibbəy Yusifbəyli 144/108 A) başsağlığı kitabı açılıb.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.