Ölkə

Ali Məhkəmə Saday Şəkərli ilə bağlı qərarını AÇIQLADI

12 Yanvar 2017 12:12
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali Məhkəmədə hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək azadlıqdan məhrum olunan yazıçı-şair Saday Şəkərlinin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılan kasasiya şikayəti təmin edilməyib. Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvəsində saxlayıb.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin hökmü ilə dəyişdirilərək onun cəzası 5 ilə endirilib. Müdafiə tərəfi qərarla razılaşmayaraq kasasiya şikayəti verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.