Ölkə

Mütəşəkkil dəstəyə hökm oxundu

11 Yanvar 2017 17:03
1 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavahir Babayeva Fuad Məmmədbəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin kökmü ilə C.Babayeva 8 il, zamində olan təqsirləndirilən şəxs F.Məmmədbəyli isə 7 il müddətinə azadlıqdan məhrum edilib. F.Məmmədbəyli məhkəmə zalından həbs edilib.

İttihama görə, təqsirləndirilən C.Babayeva tanışı F. Məmmədbəyli ilə birlikdə xalası qızı Zahidə Hüseynovanın 49 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.