Ölkə

"Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nda dəyişikliklər edildi

11 Yanvar 2017 16:40
Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nda dəyişikliklər edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, Qaydaların 65.3-cü bəndinin ikinci cümləsində "Şikayətin" sözü "Bu Qaydaların 65.4-cü bəndinə əsasən tənbeh tədbirinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin" sözləri ilə əvəz edilib.

Həmçinin aşağıdakı məzmunda 65.4-cü bənd əlavə edilib:

"65.4. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.