Ölkə

Sabahın HAVAsı

10 Yanvar 2017 13:04
226 Şərh     Baxış: 8 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Yanvarın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Yanvarın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 12-13-də atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi insanlarda narahatlıq yarada bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.