Ölkə

SOCAR: Yanğınla bağlı qaz təchizatında məhdudiyyətlər yaranıb

27 Dekabr 2016 12:46
2 Şərh     Baxış: 2 733

Magistral qaz kəmərində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır.

SOCAR-dan Milli.Az-a verilən məlumata görə, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

İlkin İzzət

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Adsiz · 27 Dekabr 2016 14:2900

    Qazin veriliwi ne vaxt berpa olunacaq, artiq soyuqadan donuruq, bu gun hava da soyuqdu, bu SOKAR nece iwleyir, bawa duwmek olmur, qaz kemeri niye durdugu yerde partlayib ,yeqin truba curuyub, indi bu soyuqda insanlar eziyyet cekmelidiler,bele olmaz axi!

    Cavab yaz
  • Anonim
    k · 27 Dekabr 2016 14:4610

    Her dəfə bir bəhanə. Axi belə olmaz. Xırdalan da isiqda qazda ejni vaxtda kəsilir. Dözülməzdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.