Ölkə

Adı "XX əsrin məşhur adamları" kitabına daxil edilən azərbaycanlı alim vəfat edib - FOTO

16 Dekabr 2016 09:36
2 Şərh     Baxış: 2 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın əməkdar elm xadimi vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Bitki fiziologiyası kafedrasının müdiri Nemət Qasımov 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, əməkdar elm xadimi, professor Nemət Qasımov 27 yanvar 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kəndində anadan olub.  O, bitki fiziologiyası sahəsində dünyada tanınmış alim olub.
1986-cı ildən ABŞ-ın İllinoys ştatının Elmlər Akademiyasının həqiqi üzvü olub. 1991-ci ildə 3 ay müddətində İllinoys Universitetdə bitki fiziologiyasından mühazirələr oxuyub. 1998-ci ildən adı "XX əsrin məşhur adamları" kitabına daxil edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.