Ölkə

Ödəmə qabiliyyətini itirmiş banklar ƏDV-dən azad oluna bilər

14 Dekabr 2016 12:58
Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankların ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.

Onun sözlərinə görə, ödəmə qabiliyyətini itirmiş bankların, restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək, toksik aktivlərin təqdim edilməsinin 2017-ci ilin yanvar ayının 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.