Ölkə

Dünyanın nüfuzlu siyasi və dövlət xadimləri Qəbələdə

9 Dekabr 2016 17:40
Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə X Yüksək Səviyyəli Toplantı öz işinə başlayır.

Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir. İştirakçılar arasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Madrid Klubunun Prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq Prezidenti Valdis Zatlers və digər nüfuzlu şəxslər də var.

"Artan zorakı ekstremizm və onun qarşısının alınması yolları" mövzusuna  həsr olunan tədbirdə ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə terrorizm və ona qarşı mübarizə üsulları, terrora qarşı mübarizədə gənclərin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Toplantının açılış mərasimi dekabrın 9-da axşam saatlarında baş tutacaq. Mərasimdə Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Niderlandın saiq Baş naziri Vim Kok və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun çıxışı nəzərdə tutulub.

Açılış mərasimi zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş video-çarxın nümayişi gözlənilir.

Sabah isə tədbir öz işini panel iclasları ilə davam etdirəcək.

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.