Ölkə

Deputat: ""Yol xəritələri" ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək"

7 Dekabr 2016 16:23
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək.

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə millət vəkili Rüfət Quliyev deyib.

"Azərbaycanın sosial-iqtisadi modeli unikaldır, çünki biz həmişə qarşımıza məqsəd qoyuruq və onlara çatırıq. Bu sənəddə həm uzunmüddətli, həm də qısamüddətli məsələlər əksini tapıb. "Yol xəritəsi" iqtisadiyyatın bərabər və dinamik inkişafına xidmət edəcək", - deyən millət vəkili əlavə edib ki, əsas məsələ bu sənəddə kiçik və orta sahibkarlığın inkişafının əks olunmasıdır.

R.Quliyev bildirib: "Dövlət başçısı dəfələrlə qeyd edib ki, biz kiçik və orta sahibkarlığı inkişaf etdirməliyik. Demək olar ki, bu məsələ "yol xəritəsi"nin leytmotivini təşkil edir. Bütün inkişaf etmiş ölkələrdə - ABŞ, Almaniya, hətta Yaponiyada kiçik və orta biznesin xüsusi çəkisi ÜDM-in 50-70 faizini təşkil edir. İspaniya və Portuqaliya kimi ölkələrdə isə bu göstərici daha da yüksəkdir. Bizdə hələ ki, belə göstəricilər yoxdur. Bəli, bizdə iri şirkətlər var - Gilan Holding, PASHA Holding, Akkord Holding. Bu şirkətlər uzun müddətdir ki, Asiya və Avropada investisiyalar yerləşdirir. Gilan Holding öz məhsulunu dünyanın 60 ölkəsinə ixrac edir".

Deputat qeyd edib ki, ölkənin iqtisadiyyatını təkcə iri holdinqlər deyil, həm də kiçik və orta müəssisələr müəyyən edir.

R.Quliyev sahibkarlığın inkişafı üçün onun təbliğatının da vacib olduğunu deyib. O, kütləvi informasiya vasitələrində, televiziyalarda sahibkarlığa aid mövzuların işıqlandırılmasını təklif edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.