Ölkə

"Azərbaycanda körpələrin təqribən 2 faizində irsi xəstəliklər aşkar olunur"

7 Dekabr 2016 16:11
0 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yeni dünyaya gələn uşaqların təqribən 2 faizində, yəni hər yüz nəfərin ikisində irsi xəstəliklər aşkar olunur.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, diridoğulanların 0,6 faizində xromosom xəstəlikləri aşkar olunur: "Ölü doğulan (5,6 faizdən 11 faizədək) və düşük nəticəsində (50-70 faizhalda) ölənlərdə isə bunun faizi daha çoxdur. Bu xəstəliklərin irsi mənbəyi xromosomlar (Edvard, Daun sindromu) və genlərlə bağlı ola bilər".

N.Quliyev bildirib ki, yeni doğulan körpələrdə aşkarlanan irsi xəstəliklərin sayı çoxdur: "Ümumiyyətlə, insan orqanizmində irsi, yaxud anadangəlmə inkişaf anomaliyalarına rast gəlinmədiyi sistem yoxdur. İrsi xəstəliklərin birdəfəlik müalicəsi mövcud deyil.

Bu xəstəliyin daşıyıcıları insan orqanizmində olan 3 trilyon somatik hüceyrənin hamısında var. Ona görə də bu xəstəliyin birdəfəlik sağalması mürəkkəb məsələdir. Hər bir xəstəliyin yaşama müddəti var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.