Ölkə

DTX-dan Habil Vəliyevlə bağlı AÇIQLAMA

7 Dekabr 2016 13:53
Baxış: 1 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Təhlükəsizlik Xidməti "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin həbsini təsdiqləyib.

Milli.Az xəbər verir ki, DTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən qafqazinfo-ya bildirilib ki, dekabrın 3-də qurum tərəfindən yayılan açıqlamada bildirilirdi ki, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilir. Həmin cinayət işi üzrə davam edən istintaq-əməliyyat tədbirləri nəticəsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru H. Vəliyev də hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 3-də DTX "reket" mətbuatın digər nümayəndəsi "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev və qəzetin bir neçə əməkdaşını həbs edib. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.