Ölkə

Manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

7 Dekabr 2016 12:44
Baxış: 3 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, agentliyin analitikləri 2016-2018-ci illərdə manatın dollara nisbətən məzənnəsinin 1,55-1,7 səviyyəsində dəyişəcəyini proqnozlaşdırır.
 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə dolların məzənnəsini 1,7369 səviyyəsində müəyyən edib ki, bu da ötən günlə müqayisədə dolların 0,17% möhkəmlənməsindən xəbər verir.
 
Ötən gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7339 məzənnəsi ilə başlayıb və 1,7369 məzənnəsi ilə yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.