Ölkə

Bakıda 18 yaşlı oğlan küt alətlə döyülüb

7 Dekabr 2016 13:20
1 Şərh     Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 18 yaşlı oğlan evdən çölə çağırılaraq küt alətlə döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Yavər Əliyev küçəsi 4 ünvanında baş verib. 
Belə ki, 1998-ci il təvəllüdlü Cəbrayılov Tayhan Dilafət oğlunun mobil telefonuna zəng edən tanışları onu evdən həyətə çağırıblar. Evdən çıxan T.Cəbrayılov qəfildən iki tanışının hücumuna məruz qalıb. Küt alətlə döyülən gəncin üz, çənə sümüyü sınıb.
T.Cəbrayılov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.