Ölkə

Rəisin "Lexus"u ilə gəlin gətirməyə gedən şəxs qəza törətdi - YENİLƏNİB - VİDEO - FOTO

6 Dekabr 2016 18:45
14 Şərh     Baxış: 11 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:26

Ağdam rayonunda gəlin gətirməyə gedən avtomobil qəza törədib. 

Milli.Az report-a istinadən xəbər verir ki  rayonun Səfərli kəndi ərazisində toy karvanında "gəlin maşını" piyadanı vurub. 
Ağdam rayon sakini Qabil Abbasova məxsus 99- HS-066 dövlət qeydiyyat nömrə nişanlı "Lexus" markalı avtomobillə onun dostu Ruslan Hüseynov gəlin gətirməyə gedərkən idarəetməni itirib və dəmir hasarı aşaraq yolun kənarında yerləşən evin həyətinə girib.

Nəticədə evin həyətində olan İlhamiz Quliyevi vurub. Yaralı təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, "Lexus" marakalı avtomobilin sahibi Q.Abbasov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) Ağdam Rayon Şöbəsinin rəsidir.
Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

---------

18:45

Videonu izləmək üçün şəklə klikləyin:

Rəisin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.