Ölkə

Azərbaycanda yeni kompüter oyunları yaradılacaq

5 Dekabr 2016 18:09
Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yeni kompüter oyunlarının yaradılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası" layihəsinin "Gənclər siyasətinin əsas istiqamətləri" bölməsində əks olunub.

Layihədə qeyd olunub ki, Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, gənclərin inkişafına təsir göstərən kompüter oyunları və mobil tətbiqi proqramların hazırlanması nəzərdə tutulur.

Layihədə həmçinin, "e-gənclik" elektron xidmət və informasiya portalı resursunun, o cümlədən İnternet televiziyası məkanında gənclər kanalının yaradılması nəzərdə tutulur. Bundan əlavə, layihədə gənclərin inkişaf etdirilməsi, sağlamlığının qorunması, mənəvi-əxlaqi tərbiyəsi, istedadlı gənclərin üzə çıxarılması və s. istiqamətlərdə bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.