Ölkə

YARAT "Şərqi hiss et" adlı muzey gecəsi keçirib - FOTO

5 Dekabr 2016 16:11
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasirliyin adət-ənənə ilə birliyini Şərqdə hiss et.

YARAT Müasir İncəsənət Məkanı tərəfinədn dekabrın 3-də Azərbaycan mədəniyyətinin Şərq dəyərləri ilə tanış edəcək möhtəşəm gecə keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə YARAT Müasir İncəsənət Məkanından məlumat verilib.

Gecədə Şərq mədəniyyətinin, demək olar ki, bütün sahələrini əhatə edən bir sıra silsilə tədbirlər hazırlanmışdı. Tədbirlərə müxtəlif rəqslərdən tutmuş, ədəbiyyat, musiqi, hətta bodi-art nümunələri də daxil edilmişdi. İştirakçılar özlərini gecədə Şərqin bir parçası kimi hiss etməklə yanaşı, bu gecədən özlərinə bir pay da götürüblər.

Gecədə iştirakçılar əlləri orijinal xına rəsmləri ilə bəzəmək, möhtəşəm performansda iştirak etmək, müasir rəqs elementlərini mənimsəmək, Azərbaycanın klassik ədəbiyyatının ən dəyərli incilərindən biri olan - Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından parçalar dinləmək, eləcə də xatirə şəkilləri çəkdirmək imkanı əldə ediblər.

Tədbirdə iştirakçılara bodi-art (vücud rəsm sənəti), rəqs ustad dərsi (kumbiya rəqsi), "YUĞ" Teatrının performansı, poeziya toplusu (Azərbaycan dilində), Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı (F. Əmirovun "Nizami" simfoniyası), poeziya toplusu (rus dilində), rəqs ustad dərsi (Azərbaycan milli rəqsi), rəqs ustad dərsi (salsa rəqsi) təqdim olunub.

Proqramın yekununda Azərbaycanın əməkdar artisti və mahir caz ifaçısı, Sevda Ələkbərzadə çıxış edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.