Ölkə

Mübariz Qurbanlı: "Xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlar Azərbaycana təhlükə yarada bilməzlər"

5 Dekabr 2016 15:50
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə qoşulmuş Azərbaycan vətəndaşları sonradan ölkəyə qayıdıb heç bir təhlükə yarada bilməzlər".

Milli,Az xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, ümumiyyətlə, Azərbaycandan xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə qoşulanların sayı kifayət qədər azdır:

"Qeyri-qanuni silahlı birləşmələrə qoşulub və peşman olub qayıdanlar olacaqsa, onların əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və müfaviq qaydada tədbirlər görüləcək. Azərbaycanda hüquq-mühafizə sistemi təkmil səviyyədədir və cinayətkarlığın, qeyri-qanuni hərəkətlərin qarşısını almağa qadirdir".

M.Qurbanlı əlavə edib ki, qanunsuz silahlı birləşmələrə qoşulanlar ölkəyə qayıdıb peşmanlıqlarını ifadə etsinlər, ədalət məhkəməsi onların peşmanlığını nəzərə alar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.