Ölkə

Yeni il üçün otellərdə boş yer qalmadı - Sui-istifadəçilər qiymətləri qaldırdılar

5 Dekabr 2016 21:09
3 Şərh     Baxış: 3 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni il bayramı ərəfəsində Azərbaycanda otellərdə, demək olar ki, boş yerlər qalmayıb.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (ATA) İdarə heyətinin sədri Nahid Bağırov deyib.

N.Bağırov qeyd edib ki, Yeni il bayramı üçün Qəbələ, Qusar, Quba zonasındakı otellerdə, demək olar ki, yerlər artıq qalmayıb: "Özü də təkcə şimal bölgələrində deyil, Bakıda da bir sıra otellərdə nömrələr öncədən rezervasiya olunub, demək olar ki, yer yoxdur, ya da çox məhdud sayda qalıb. Təbii ki, nömrələri sifariş edənlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Amma onların arasında əcnəbilər, onların da içində ərəblər, xüsusən də Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər az deyil".

Onun sözlərinə görə, Yeni il bayramını Azərbaycanda qeyd etmək istəyən Rusiya vətəndaşlarının da sayı çoxdur: "Onlar əsasən Qusar və Qəbələdəki istirahət mərkəzlərinə üz tuturlar. Çünki rusiyalı turistlər dağ-xizək turizminə daha çox maraq göstərirlər".

N.Bağırovun qənaətincə, bunun əsas səbəbi bir tərəfdən Azərbaycanın artıq turizm baxımından getdikcə daha çox cəlbedici ölkə olması, digər tərəfdən isə dolların yerli valyutaya nisbətən məzənnəsinin qalxması ilə əlaqədardır.

Lakin ATA sədrinin fikrincə, bəziləri bundan sui-istifadə etməyə çalışır: "Təəssüf ki, bəzi şirkətlər, turizm obyektləri qiymətləri süni şəkildə qaldırıblar. Artıq belə faktlar var".  

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.