Ölkə

Bakıda xəstəxanada qayınana hamilə gəlinini döydü

3 Dekabr 2016 12:25
43 Şərh     Baxış: 10 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb. 

Milli.Az report-a istinadən xəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü Əliquliyeva İnci Ramazan qızı qayınanası tərəfindən döyülüb.

Qeyd edək ki, İ.Əliquliyeva 5 aylıq hamilədir. O, ağrılarla bağlı xəstəxanaya müraciət edib və xəstəxanaya qayınanası ilə birlikdə gəlib. Özünün dediyinə görə, o, hamiləliyi ilə bağlı qayınanası tərəfindən təhqir edilərək döyülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.