Ölkə

"Azəriqaz" əhaliyə 100 manatlıq limit qoydu - YENİLƏNİB - VİDEO

3 Dekabr 2016 11:20
Baxış: 11 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:20

"Azəriqaz" İstehsalat Birliyi (İB) "smart" tipli sayğaclarda balansın artırılmasına limit tətbiq edib.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev APA-ya açıqlamasında bunu təsdiqləyib. Qurum rəsmisi bildirib ki, aylıq limitin məbləği 200 manat təşkil edir. Bununla yanaşı, İ.Kərbəlayev qeyd edib ki, limit müvəqqəti xarakter daşıyır.

"Əhali abonentləri tərəfindən 1 ay müddətində istehlak olunan təbii qazın maksimal həcmi hesablanmış və 200 manat məbləğində limit tətbiq olunub. Bunun səbəbi ilin sonunadək proqram təminatında yenilənmənin aparılmasıdır. Gələn ilin yanvar ayının 1-dən etibarən limit aradan qaldırılacaq. Limitin tətbiq olunmasına səbəb həmçinin Tarif Şurasının müvafiq qərarından yayınma hallarının qarşısını almaqdır", - deyə o bildirib.

-----------

10:04

İndiyə qədər qaz sayğacları üçün smart kartınızın balansını artırmaq üçün maksimum iki min manat yükləyə bilirdiniz. Artıq bu rəqəm 100 manata endirilib.

Ödəmə terminallarında bu haqda elan yerləşdirilib.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevin sözlərinə görə, Tarif Şurasının təbii qazın qiymətinin diferensiallaşdırılması ilə bağlı müvafiq qərarından sonra bu addım atılıb. Limitin qoyulmasına səbəb sırf texniki məsələdir.

Kartınızdaki 100 manatı sayğaca yükləyəndən sonra yenə balansınızı 100 manat artırmaq istəsəniz, yalnız bir dəfə şans veriləcək.

Proses, sadəcə, bir aylıq nəzərdə tutulub. Gələn ilin yanvarın 1-dən ödəmə əvvəlki qaydada aparılacaq.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.