Ölkə

Adamları "soyan" ər-arvada hökm oxundu

2 Dekabr 2016 16:18
0 Şərh     Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Rəşad Hacıyev və həyat yoldaşı 1992-ci il təvəllüdlü Qızbahar Qəribovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə R.Hacıyev 5 il, Q.Qəribova isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hər iki şəxs ibtidai istintaq zamanı zamində olsalar da, məhkəmə prosesinə qatılmadıqları üçün bu il oktyabrın 20-də keçirilən hazırlıq iclasında onlar barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən ilin aprelin 15-də Qubanın Qırmızı qəsəbəsində Qusar sakinləri Qızbahar Qəribova və Rəşad Hacıyev qəsəbə sakini Asəf Abdullayevə zor tətbiq edərək, 100 manatını və mobil telefonunu alıblar. Q.Qəribova əvvəllər də məhkum olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.